10.12.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

11 dekabr 2006-ci il tarixdə Azərbaycan İpoteka Fondunun və ACDİ/VOCA təşkilatı arasında texniki əməkdaşlıq barədə imzalanmış anlaşma memorandumu çərçivəsində ipoteka kreditləşməsinin təkmilləşdirilməsi məqsədi ilə geniş hüquqi təhlilin və quvvədə olan qanunveriçilikdə zəruri dəyişikliklərin və əlavələrin edilməsi barədə "İpoteka bazarının formalaşmasının hüquqi məsələləri" mövzusunda təqdimat mərasimi keçirilmişdir.

Təqdimat ACDİ/VOCA təşkilatının yerli və beynəlxalq ekspertləri tərəfindən aparılmış və aşağıdakı məsələləri əhatə etmişdir: İpoteka qanunveriçiliyində mövcud olan ziddiyyət və uyğunsuzluqların aradan qaldırılmasına dair təkliflər; İpotekanın reallaşdırılmasının məhkəmədənkənar qaydada həyata keçirilməsi; Mənzil sertifikatlarının buraxılışı və dövriyyəsi mexanizmi; İpoteka kağızlarının dövriyyəsi mexanizmi; Azərbaycanda ipoteka bazarlarının inkişafı və Azərbaycan İpoteka Fondunun rolu.

Tədbirdə çıxış edən Azərbaycan İpoteka Fondunun  icraçı direktoru Faiq Məmmədov Azərbaycanda ipoteka kreditləşməsi sisteminin formalaşmasının mərhələləri, artım göstəriciləri və sistemin genişləndirilməsi haqqında əhatəli məlumat vermişdir. Eyni zamanda ipoteka sisteminin daha da genişləndirilməsi məqsədi ilə qanunveriçilik-normativ bazasının və mövcud mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirmişdir.

Təqdimat mərasiminin sonunda tədbir iştirakçilarının və mətbuat nümayyəndələrin çoxsaylı sualları cavablandırmışdır.