Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun avtonəqliyyat vasitələrinin könüllü sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı Xidmət təkliflərinin cəlb olunması.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra- Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://www.mcgf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.
Satınalma üzrə prosedurlar 17 avqust 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:
Xidmət təklifləri sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.
Xidmətin icra müddəti: Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 3 (üç) il müddətində həyata keçiriləcəkdir.
Xidmət təklifləri sorğusu Azərbaycan dilində tərtib olunmuşdur.
Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra Xidmət təklifləri sorğusu malgöndərənlərə təqdim ediləcəkdir:
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalma üzrə ilkin sənədlər 06 avqust 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 16 avqust 2018-ci il tarixinədək qəbul ediləcəkdir.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 153), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası