21.12.2006

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

1 il öncə, 22 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 339 saylı Fərmanı ilə Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun Qaydaları və Əsasnaməsi təsdiq edilmişdir.

Bu münasibətlə 22 dekabr 2006-cı il tarixdə Azərbaycan İpoteka Fondunun bütün kollektivi Fəxri Xiyabanda olmuş, ümummilli liderimiz Heydər Əliyev cənablarının məzarına gül dəstələri qoymuşlar və ulu öndərin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər. Mərasim iştirakçıları həmçinin Zərifə Əliyevanın məzarına da əkililər qoymuşlar.

Tədbirin sonunda Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov KİV nümayəndələrinin suallarını cavablandırmışdır.

Mart ayının 1-də Azərbaycanda start götürmüş ipoteka  kreditləşməsi sisteminin xətti ilə  verilmiş kreditlərin sayı 225-ə, məbləgi isə 5,1 milyon manata çatdırılmışdır.Azərbaycan İpoteka Fondu özünün əsas funksiyalarından birinin icrasını təmin etməklə Azərbaycan Respublikası və eləcə də Cənubi Qafqaz bölgəsində ilk dəfə olaraq müvəffəqiyyətlə ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini həyata keçirmişdir.

Bu müddət ərzində AİF tərəfindən 61 ipoteka krediti yenidən maliyyələşdirilib.