“Azərbaycan İpoteka Fondu” ASC-nin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender başa çatmış və tenderin qalibi olaraq “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti seçilmişdir. “Azərbaycan İpoteka Fondu” ASC ilə “PAŞA Sığorta” ASC arasında 26 dekabr 2017-ci il tarixli 0177/17 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.