01.02.2007

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmış "Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 515 nömrəli Fərmanının, qeyd olunan Fərman ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nın, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun icrası ilə bağlı Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri E. Rüstəmovun iştirakı ilə 01 fevral 2007-ci il tarixdə müvəkkil kredit təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir.

Görüşdə ipoteka kreditləşməsi sisteminə edilmiş əlavə və dəyişikliklərdən, onların icrası ilə bağlı bir sıra məsələlərin həlli yollarına, MKT-lər tərəfindən əhaliyə göstərilən maliyyə xidmətinin səviyyəsinin artırılması, qüvvədə olan Qaydalara və Standart Tələblərə uyğun işin təşkil olunması, lazımi institusionallaşma və digər məsələlərə toxunulmuşdur.