“Azərbaycan İpoteka Fondu” ASC üçün informasiya texnologiyalarına dair avadanlıqların satın alınması ilə bağlı təkliflər sorğusu başa çatmış və satınalmanın qalibləri “BestComp Group” MMC ilə 13 dekabr 2017-ci il tarixli BCSA 13-33/12-17 nömrəli və “Ata Texnologiya” MMC ilə 13 dekabr 2017-ci il tarixli AT219T131217 nömrəli satınalma müqavilələri bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.