Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən güzəştli mənzillərin ipoteka krediti hesabına satılması nəzərdə tutulub. Güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi formasının Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ilə razılaşdırmaqla, “Azəbaycan İpoteka Fondu” ASC tərəfindən təsdiq edilməsi Qaydası müəyyən edilib.
Yuxarıda qeyd olunanlarla əlaqədar, “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin razılaşdırılması prosesi başa çatıb və müqavilənin nümunəvi forması “Azəbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyəti tərəfindən qəbul edilib. Bu müqavilə vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılıb.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.