“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti üçün informasiya texnologiyalarına dair avadanlıqların satın alınması.
Təkliflər sorğusu üzrə satınalmanın müddəti uzadılmışdır.
Satınalma üzrə ilkin sənədlər 24 noyabr 2017-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 06 dekabr 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Satınalma üzrə zərflər 07 dekabr 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaqdır.
Təklifin qüvvədə olma müddəti 26 yanvar 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 15 mart 2018-ci il tarixinədək olması müəyyən edilmişdir.
Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.