08.11.2017

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti AÇIQ TENDER elan edir

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə 2018-ci il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlərin satın alınmasına dair açıq tender.

“Azərbaycan İpoteka Fondu” ASC (bundan sonra “Cəmiyyət”) Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 661 №-li Fərmanı ilə yaradılan və bütün səhmləri dövlətə məxsus olan hüquqi şəxsdir. Cəmiyyət barədə ətraflı məlumatı http://www.amf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.

Açıq tender 2 (iki) lotdan ibarətdir:

 

  • Lot 1 - Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra

 edilməsi;

  • Lot 2 - Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi.

 

Tender üzrə prosedurlar 22 dekabr 2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün ərizə (hər lot üzrə);
  • İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Hər lot üzrə ayrıca tender təklifi;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti);
  • İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, investisiya şirkəti fəaliyyəti üçün lisenziya, VÖEN və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
  • Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
  • İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • Son maliyyə ili ərzindəki fəaliyyətinə dair müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar (AR Vergilər Nazirliyindən və Dövlət Sosial Müdafiə Fondundan arayışlar);
  • İddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini, təşkilatı strukturunu, daxili nəzarət və risklərin idarə olunması sistemlərini eləcə də, texniki imkanlarını əks etdirən məlumatlar;
  • İddiaçının son üç ildə apardığı əməliyyatlar barədə məlumat (göstərdiyi xidmətlər üzrə əməliyyatların məbləği, aktivlərin növü, müştərilər haqqında ümumiləşdirilmiş məlumat və s.).
  • İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • tender prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

 

Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.

Xidmətin icra müddəti: Cəmiyyətə 2018-ci il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlər 1 (bir) il müddətinə təqdim edilməlidir.

Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderdə iştirak haqqı hər lot üzrə 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir:

“Azərbaycan İpoteka Fondu" ASC

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə möhürlənmiş, imzalanmış tender zərfləri və tender təklifinin təminatı 21 dekabr 2017-ci il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 11 dekabr 2017-ci il saat 18.00-dək “Azərbaycan İpoteka Fondu” ASC-nin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 126), Faks: (+99412) 598-11-77.

 

Satınalmalar komissiyası