23.10.2017

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti SATINALMA elan edir

“Azərbaycan İpoteka Fondu” ASC üçün mebel avadanlıqlarının satın alınması ilə bağlı təkliflər sorğusu.

“Azərbaycan İpoteka Fondu” ASC (bundan sonra “Cəmiyyət”) Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 661 №-li Fərmanı ilə yaradılan və bütün səhmləri dövlətə məxsus olan hüquqi şəxsdir. Cəmiyyət barədə ətraflı məlumatları http://www.amf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.

Satınalma üzrə prosedurlar 28 noyabr 2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • satınalmada iştirak etmək üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Təklif;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti);
  • iddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
  • Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);

Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

 

Təkliflər sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.

İcra müddəti: Satınalma müqaviləsi imzalandıqdan sonra 20 (iyirmi) təqvim günü ərzində müəyyən edilsin.

Təkliflər sorğusunun Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra Təkliflər sorğusunun Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir:

“Azərbaycan İpoteka Fondu" ASC

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı                                                                      

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə ilkin sənədlər 15 noyabr 2017-ci il tarixinədək, təklif zərfləri isə 27 noyabr 2017-ci il tarixinədək qəbul ediləcəkdir.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77.

Satınalmalar komissiyası