“Azərbaycan İpoteka Fondu” ASC üçün informasiya texnologiyalarına dair avadanlıqların satın alınması ilə bağlı təkliflər sorğusu.
“Azərbaycan İpoteka Fondu” ASC (bundan sonra “Cəmiyyət”) Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 661 №-li Fərmanı ilə yaradılan və bütün səhmləri dövlətə məxsus olan hüquqi şəxsdir. Cəmiyyət barədə ətraflı məlumatları http://www.amf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.
Satınalma üzrə prosedurlar 23 noyabr 2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:
Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:
Təkliflər sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.
İcra müddəti: Satınalma müqaviləsi imzalandıqdan sonra 20 (iyirmi) təqvim günü ərzində müəyyən edilsin.
Təkliflər sorğusunun Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra satınalmanın Təkliflər sorğusunun Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir:
“Azərbaycan İpoteka Fondu" ASC
Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40
VÖEN: 1403502281
H/h: AZ57NABZ01360450000000005944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
VÖEN: 9900071001
Kоd: 501004
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalma üzrə ilkin sənədlər 08 noyabr 2017-ci il tarixinədək, təklif zərfləri isə 22 noyabr 2017-ci il tarixinədək qəbul ediləcəkdir.
Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 133), Faks: (+99412) 598-11-77.
Satınalmalar komissiyası