"Azərbaycan İpoteka Fondu" ASC-nin 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi.
Satınalma üzrə ilkin sənədlər 15 sentyabr 2017-ci il saat 18.00-dək, təklif zərfləri isə 25 sentyabr 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Satınalma üzrə zərflər 26 sentyabr 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaqdır.
Təklifin qüvvədə olma müddəti 24 noyabr 2017-ci il, təklifin təminatının qüvvədə olma müddəti 12 yanvar 2017-ci il tarixinədək olması müəyyən edilmişdir.
Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (130) nömrəli telefona zəng etmək olar.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.