18.05.2007

"Azərbaycan Respublikasinda ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqinda" Azərbaycan Respublikasi Rrezidentinin Fərmanı

Hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsini təmin etmək məqsədi ile Azərbaycan Respublikasi Rrezidentinin Fərmanı.

Hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, â„–1, maddə 8) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları”na aşağıdakı əlavələr edilsin:

1.1.
1-ci bənddə "uyğun olaraq” sözlərindən sonra "gənc ailələrin və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üçün” sözləri əlavə edilsin;

1.2.
2.5.2-ci bənddə "Müdafiə Nazirliyinin” sözlərindən sonra", Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin” sözləri əlavə edilsin.

2.
Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2007-ci il.