19.07.2017

"Azərbaycan İpoteka Fondu" ASC-nin ipoteka istiqrazlarının 100 mln. manatlıq emissiyasının növbəti tranşının yerləşdirilməsi

21 iyul 2017-ci il tarixində BFB-də "Azərbaycan İpoteka Fondu" ASC-nin 25 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1 008,83 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 6 mart 2017-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 100 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.