"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin "Elektron hökumət" portalında "Elektron ipoteka" sisteminin yaradılması və tətbiq edilməsi ilə bağlı mal və xidmətlərin satın alınması üzrə açıq tender başa çatmış və satınalmanın qalibi olaraq "Cybernet" MMC seçilmişdir. "Azərbaycan İpoteka Fondu" ASC ilə "Cybernet" MMC arasında 12 iyun 2017-ci il tarixli 17/06-01 nömrəli “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsi ilə bağlı mal və xidmətlərin satınalma müqaviləsi bağlanmışdır.
Açıq Tender Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.