“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin informasiya sistemlərinə 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı açıq tender başa çatmış, 1-ci və 3-cü lotlar üzrə (Onlayn ödənişlərin təmin edilməsi üzrə İnformasiya Mübadiləsi Moduluna dəstək xidməti, Avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə dəstək xidməti) qalib olan “GNI Softvvare” MMC ilə 25 may 2017-ci il tarixli GNI/AIF/0117 və GNI/AIF/0217 nömrəli, 2-ci lot üzrə (“Elektron İpoteka Sistemi”nə dəstək xidməti) qalib olan "GT Solyuşnz" MMC ilə 25 may 2017-ci il tarixli 05.2017\01 nömrəli satınalma müqavilələri bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.