“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin informasiya sistemlərinə 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı Açıq tender.
Açıq tender 3 (üç) lotdan ibarətdir:
Lot 1 - Onlayn ödənişlərin təmin edilməsi üzrə "İnformasiya Mübadiləsi Modulu"na dəstək xidməti;
Lot 2 - “Elektron İpoteka Sistemi”nə dəstək xidməti;
Lot 3 - Avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə dəstək xidməti.
Lotlar üzrə bölünməyə yol verilir.
Hər lot üzrə satınalmada iştirak haqqı 100 (yüz) AZN-dir.
İştirak haqqı "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı hesabına köçürülməlidir:
VÖEN: 1403502281
Hesab №: AZ57NABZ01360450000000005944
Bank:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kodu: 501004
VÖEN: 9900071001
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T BIK: NABZAZ2C
İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər.
İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən tenderin əsas şərtlər toplusunu almaq mümkündür. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 26 aprel 2017-ci il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 17 aprel 2017-ci il saat 18.00-dək “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender zərfləri 27 aprel 2017-ci il saat 15.00–da “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında açılacaqdır.
Tenderlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.
Satınalmalar Komissiyası