10 mart 2017-ci il tarixində Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin ümumi həcmi 50 mln. manat təşkil edən adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının son 20 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərraca çıxarılmış həcm tam yerləşdirilib.
Bununla da 21 noyabr 2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alınmış, ümumi həcmi 50 mln. manat olan ilk ipoteka istiqrazlarının yerləşdirilməsi başa çatıb.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.