Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq
Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 1-ci iclası zamanı Azərbaycan və Latviya bank sistemləri arasında əlaqələrin möhkəmləndirilməsinin və genişləndirilməsinin vacibliyi vurğulanmış, bu əməkdaşlıq çərçivəsində birgə ipoteka forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdür. 08.06.07-çi il tarixdə ipoteka kreditləşməsi sahəsində Latviya bazar iştirakçılarının zəngin təcrübəsini öyrənmək və eyni zamanda ölkəmizdə formalaşan ipoteka bazarı haqqında qarşı tərəfə məlumat vermək məqsədi ilə Azərbaycan – Latviya birgə İpoteka forumu keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan E.Rüstəmov forum iştirakçılarını salamlayaraq Azərbaycanda ipoteka sahəsi üzrə son məlumatla və rəqəmləri işıqlandırdı. Daha sonra Latviya nümayyəndəliyinin üzvləri çıxış edərək bu sahədə ölkələrində ki durum haqqında ətraflı məlumat verdilər.
Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov “İpoteka kreditləri sisteminin Azərbaycan Respublikasında tədbiqi” mövzusunda təqdimat mərasimi keçirməklə, Azərbaycanda ipoteka kreditləşməsi sisteminin formalaşmasının mərhələləri, şərtləri, yaşayış sahəsinin yaxşılaşdırılması zəmində ipoteka kreditləşməsi sisteminin üstünlükləri və bu müddət ərzində əldə olunan nəticələr haqqında ətraflı məlumat verdi.
Daha sonra ipoteka kreditləşməsi sistemində iştirak edən müvəkkil kredit təşkilatlarını, sığorta və qiymətləndiriçi şirkətlərinin nümayyəndələri çıxış etmiş və tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdırlar.
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.