“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti üçün dəftərxana, azqiymətli və təsərrüfat mallarının satın alınması üzrə təkliflər sorğusu başa çatmış və satınalmanın qalibi "Azpekt-AM" MMC ilə 28 fevral 2017-ci il tarixli 01 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.