28.02.2017

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti aşağıdakı SATINALMALARI elan edir

Lot 1 - Mebel avadanlıqlarının satın alınması ilə bağlı təkliflər sorğusu;

Lot 2 - Arxiv dolablarının satın alınması ilə bağlı təkliflər sorğusu.

 

Hər lot üzrə satınalmada iştirak haqqı 50 AZN-dir.

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

-       Lot üzrə satınalmada iştirak etmək üçün ərizə;

-       İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-       Lot üzrə ayrıca satınalma təklifi;

-       İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd, bank rekvizitləri və s.) surətləri;

-       Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-       İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafıq dövlət orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi).

İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

  İştirak haqqı “Azərbaycan İpoteka Fondu” ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

VÖEN: 1403502281

Hesab №: AZ57NABZ01360450000000005944

Bank:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kodu:  501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T  BIK: NABZAZ2C

 

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən təkliflər sorğusununun əsas şərtlər toplusunu almaq mümkündür. Təkliflər Azərbaycan dilində tərtib edilməlidir.

Satınalma üzrə ilkin sənədlər 13.03.2017-ci il saat 18.00-dək, təklif zərfləri isə 30.03.2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Zərflər 31.03.2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.

İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 111) nömrəli telefona zəng etmək olar.                                                       

Satınalmalar Komissiyası