22.02.2017

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti aşağıdakı SATINALMALARI elan edir

  1. "Azərbaycan İpoteka Fondu" ASC-nin inzibati binasının və inzibati binada yerləşən əmlakının sığortalanması üzrə xidmət təkliflərinin cəlb olunması.
  2. "Azərbaycan İpoteka Fondu" ASC-nin avtonəqliyyat vasitələrinin sığortalanması üzrə xidmət təkliflərinin cəlb olunması.

Hər satınalmada iştirak haqqı 50 (əlli) manatdır.  

İddiaçı satınalmada iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir:

-       Satınalmada iştirak etmək üçün ərizə;

-       İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-       Satınalma təklifi;

-       İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, bank rekvizitləri və s.) iddiaçı tərəfindən öz möhürü ilə təsdiqlənmiş surətləri;

-       Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-       İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;

-       İddiaçının müvafiq sığorta sahəsi üzrə korporativ müştəriləri haqqında məlumat;

-       Yığılmış sığorta haqları və verilmiş sığorta ödənişləri haqqında məlumat;

-       İddiaçının təkrar sığorta siyasəti barədə ətraflı məlumat;

-       Son maliyyə ili ərzindəki fəaliyyətinə dair müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;

-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi).

-       İddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini, eləcə də, texniki imkanlarını əks etdirən məlumatlar.

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin aşağıdakı hesabına köçürülməlidir :

 

VÖEN: 1403502281

Hesab №: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

M/h: AZ74NABZ01451700000000001944

 

Kodu:  501004

VÖEN: 9900071001

S.W.I.F.T  BIK: NABZAZ2C

 

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən Xidmət təklifləri sorğusunu almaq mümkündür. Xidmət təklifləri Azərbaycan dilində tərtib edilməlidir.

Satınalma üzrə ilkin sənədlər 10.03.2017-ci il tarixinədək, təklif zərfləri isə 29.03.2017-ci il tarixinədək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Zərflər 30.03.2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.

İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 111) nömrəli telefona zəng etmək olar.   

Satınalmalar Komissiyası