17.02.2017

"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı SATINALMANI elan edir

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kompüter şəbəkəsinin internet şəbəkəsinə çıxışının təminatı üçün provayder xidmətlərinin satın alınması üzrə xidmət təkliflərinin cəlb olunması.

Satınalmada iştirak haqqı 50 AZN-dir.    

İddiaçılar aşağıda sadalanan sənədləri təqdim etməlidirlər:

-       Satınalmada iştirak etmək üçün ərizə;

-       İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-       Satınalma təklifi;

-       İddiaçının hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə, VÖEN və (və ya) dövlət qeydiyyatı haqqında şəhadətnamə və reyestrdən çıxarış), ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədin surəti, bank rekvizitləri;

-       Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-       İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;

-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi);

-       Müvafiq sahə üzrə iddiaçının peşəkarlığını və təcrübəsini, eləcə də, texniki imkanlarını əks etdirən məlumatlar.

İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

Xidmətin icra müddəti 3 (üç) ildir. Xidmətlər 24/7 vaxt rejimində Sifarişçinin inzibati binasında göstəriləcəkdir.

İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

VÖEN: 1403502281

Hesab №: AZ57NABZ01360450000000005944

Bank:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kodu:  501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T  BIK: NABZAZ2C

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən Xidmət təklifləri sorğusunu almaq mümkündür. Xidmət təklifləri Azərbaycan dilində tərtib edilməlidir.

Satınalma üzrə ilkin sənədlər 07.03.2017-ci il tarixinədək, təklif zərfləri isə 28.03.2017-ci il tarixinədək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Zərflər 29.03.2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.

İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 188) nömrəli telefona zəng etmək olar.

Satınalmalar Komissiyası