Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Milli Bankın, Azərbaycan İpoteka Fondunun, Naxçıvan şəhərinin və Azərbaycan Respublikası Milli Bankı üzrə ərazi idarəsinin rəhbərliklərinin birgə iştirakı ilə Azərbaycan İpoteka Fondunun Naxçıvan filialının rəsmi açılışı keçirilibdir.
29 iyun 2007-cı tarixdə Azərbaycan Respublikası Prezidentinin ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi istiqamətinə dair müvafiq fərmanlarının icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Milli Bankın, Azərbaycan İpoteka Fondunun, Naxçıvan şəhərinin və Azərbaycan Respublikası Milli Bankı üzrə ərazi idarəsinin rəhbərliklərinin birgə iştirakı ilə Azərbaycan İpoteka Fondunun Naxçıvan filialının rəsmi açılışı keçirilibdir. Mərasimdə regionda fəaliyyət göstərən kredit təşkilatlarının, sığorta, qiymətləndirici şirkətlərin, dövlət reyestr xidmətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov əhalinin yaşayış sahəsi ilə təmin olunmasında mühüm rol oynadığını, . ipoteka kreditləşməsi sisteminin üstünlükləri və bu müddət ərzində əldə olunan nəticələr haqqında ətraflı məlumat verdi, filial əməkdaşlarının bu sahədə hərtərəfli təcrübə qazanmaları məqsədilə seminar və treninqlərin keçiriləcəyini də bildirdi.
Sonda AİF-in Naxçıvan filialının sənədləri AMB Naxçıvan MR İdarəsinin rəhbərliyinə təqdim olunub.
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.