Lot 1 - “İnformasiya Mübadiləsi Modulu”nda ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərinin təkmilləşdirilməsi və yeni ödəniş imkanlarının yaradılması;
Lot 2 - “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu” (ABMUS) proqramında ödənişlərin icrası modulunun yaradılması və Cəmiyyətin vəsaiti hesabına verilən kreditlərin uçotu prosesinin təkmilləşdirilməsi.
Xidmət təkliflərinin cəlb olunması üzrə satınalmanın müddəti uzadılmışdır.
Satınalma üzrə ilkin sənədlər 13 fevral 2017-ci il saat 18.00-dək, təklif zərfləri isə 27 fevral 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 28 fevral 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaqdır.
Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.