“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin 2016-cı il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı Təkliflər sorğusu başa çatmış və satınalmanın qalibi olaraq “KPMG Audit Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmişdir. “Azərbaycan İpoteka Fondu” ASC ilə “KPMG Audit Azərbaycan” MMC arasında 19 yanvar 2017-ci il tarixli KP97/97/2016 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.