Azərbaycan Respublikasının Milli Bankı nəzdində AZƏRBAYCAN İPOTEKA FONDU aşağıdakı sahələr üzrə mütəxəssislərin işə qəbulunu elan edir:
Kreditlərlə iş şöbəsinin rəisi
Öhdəlikləri:
Kredit Komitəsinə təqdim olunan arayışların düzgün hazırlanmasına nəzarəti həyata keçirir;
Təhvil-təslim sənədlərinə nəzarəti həyata keçirir (nöqsanların bildirilməsi, düzəlişlərin qəbul edilməsi və s.);
Şöbənin fəaliyyətinə dair hesabatları tərtib edir;
İşçilərin fəaliyyətinə uyğun iş bölgüsünü qiymətləndirir, şöbənin işçilərinin iş fəaliyyətinə nəzarət edir.
Namizədə qarşı əsas tələblər:
İqtisadiyyat, maliyyə və ya inzibati idarəetmə sahəsində ali təhsil;
Anoloji sahədə 3 ildən yuxarı iş təcrübəsi;
Analitik düşüncə və hesabat tərtib etmə bacarığı;
Mükəmməl səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili bilikləri;
Orta səviyyədə kompüter biliyi (MS Office, İnternet Explorer).
Xəzinədarlıq şöbəsinin baş mütəxəssisi
Öhdəlikləri:
Fondun sərbəst maliyyə vəsaitlərinin səmərəli idarə olunması;
İnvestisiyaların cəlb olunması sahəsində işin təşkili;
Fondun qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə fəaliyyətinin əlaqələndirilməsi;
Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması, idarəolunması, hesablaşmalar sisteminin təşkili və qiymətli kağızlarla əməliyyatların aparılmasında iştirak;
Müvafiq hesabatların hazırlanması.
Namizədə qarşı əsas tələblər:
İqtisadiyyat, statistika və ya inzibati idarəetmə sahəsində ali təhsil;
Anoloji sahədə 2 ilədək iş təcrübəsi;
Qiymətli kağızların emissiyası, qiymətli kağızlarla əməliyyatların aparılması, likvidliyin idarə olunması sahəsində təcrübə;
Analitik düşüncə və hesabat tərtib etmə bacarığı;
Mükəmməl səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili bilikləri;
Orta səviyyədə kompüter biliyi (MS Office, İnternet Explorer).
Strateji planlaşdırma şöbəsinin baş mütəxəssisi
Öhdəlikləri:
Fondun Strateji Planının və fəaliyyət strategiyasının hazırlanması, strateji inkişaf hədəflərinin müəyyənləşdirilməsində iştirak;
Fondun müxtəlif strateji və taktiki hədəflərinin yerinə yetirilməsinin monitorinqi və təhlili;
Müxtəlif iqtisadi əsaslandırmaların, hesabat, plan, arayış və şərhlərin tərtibi;
SWAT analizin aparılması;
Əmlak və maliyyə bazarlarındakı mövcud vəziyyət barədə statistik materialların hazırlanması.
Namizədə qarşı əsas tələblər:
İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil;
Maliyyə sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
Analitik düşüncə və hesabat tərtib etmə bacarığı;
Mükəmməl səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili bilikləri;
Orta səviyyədə kompüter biliyi (MS Office, İnternet Explorer).
Hüquq şöbəsinin baş hüquq məsləhətçisi
Öhdəlikləri:
İpoteka kreditləşməsi məsələləri üzrə hüquqi xarakterli məsləhət və digər xidmətlərin həyata keçirilməsi;
Hüquqi xarakter daşıyan bütün sənədlərin tərtib olunmasında bilavasitə iştirak;
Fonda daxil olan sənədlərin hüquqi ekspertizasının aparılması;
Hüquqi məsələlərlə bağlı Fonda daxil olan şikayət, ərizə və müraciətlərə cavab hazırlanması;
Müxtəlif hüquqi arayış və rəylərin hazırlanması;
Etibarnamə əsasında Fondun maraqlarının məhkəmədə və müxtəlif təşkilatlar qarşısında müdafiə edilməsi.
Namizədə qarşı əsas tələblər:
Ali hüquq təhsili;
Müvafiq sahədə 2 ilədək iş təcrübəsi ;
Analitik düşüncə və hesabat tərtib etmə bacarığı;
Mükəmməl səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili bilikləri;
Orta səviyyədə kompüter biliyi (MS Office, İnternet Explorer).
İnformasiya texnologiyaları şöbəsinin baş mühəndis-proqramçısı
Öhdəlikləri:
Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə proqram komplekslərinin tətbiqi və yerinə yetirilməsi qrafikinin hazırlanmasında iştirak;
Avtomatlaşdırmanın həlli texnologiyasının işlənib hazırlanmasında iştirak;
Fəaliyyətin avtomatlaşdırılması üçün riyazi model və alqoritmlər əsasında proqramlar yazılması;
Proqram təminatlarının istismar qaydalarının hazırlanması və tələb olunan texniki sənədlərin tərtib edilməsi;
İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlərin görülməsi;
Tətbiq olunan proqram vasitələrinin etibarlı dəstəklənməsinin və fasiləsiz işləməsinin təmin ediməsi.
Namizədə qarşı əsas tələblər:
Müvafiq sahədə ali təhsil;
Anoloji sahədə 1 ildən az olmayaraq iş təcrübəsi;
Analitik düşüncə qabiliyyəti;
Orta səviyyədə Azərbaycan, rus və ingilis dili bilikləri;
Yüksək səviyyədə kompüter biliyi
Risklərin idarəolunması şöbəsinin rəisi
Öhdəlikləri:
Fondun Risklərin idarəolunması siyasətinin və təlimatlarının hazırlanması;
Fondun mümkün ola biləcək itkilərinin müəyyənləşdirilməsi və ölçülməsi;
Risklərin transferi, azaldılması və risklərdən qorunma tədbirlərinin hazırlanması;
İtkilərin qarşısının alınması və azaldılması proqramlarının təkmilləşdirilməsi və tətbiqi;
Anderraytinq də daxil olmaqla əsas sığorta və özünü sığorta proqramlarının hazırlanması;
Fondun risklərin idarəolunmasının proqram komponentlərinin və xərclərinin qeydiyyat və monitorinqi sisteminin hazırlanması və inkişaf etdirilməsi.
Namizədə qarşı əsas tələblər:
Ali iqtisadi təhsil;
Risklərin idarə olunması, bank işi və kreditlərin idarə olunması sahəsində 3 ildən artıq iş təcrübəsi;
Güclü analiz, statistik təhlil aparmaq və hesabat tərtib etmək qabiliyyəti;
Metrik analiz aparmaq qabiliyyəti (VAR və Monte-Karlo)
Ofis proqramlarından yüksək səviyyədə istifadə qabiliyyəti;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilməsi
Risklərin idarəolunması şöbəsinin aparıcı mütəxəssisi
Öhdəlikləri:
Potensial risklərin araşdırılması və qiymətləndirilməsi;
Bütün riskli sahələrin müəyyən edilməsi (bazar, kredit və s.) və onların azaldılması istiqamətində müvafiq tövsiyyələrin verilməsi;
Müvafiq analitik modellərin və təkliflərin hazırlanması.
Namizədə qarşı əsas tələblər:
Ali iqtisadi təhsil;
Risklərin idarə olunması, bank işi və kreditlərin idarə olunması sahəsində 2 il təcrübəsi;
Güclü analiz, statistik təhlil aparmaq və hesabat tərtib etmək qabiliyyəti;
Metrik analiz aparmaq qabiliyyəti (VAR və Monte-Karlo)
Ofis proqramlarından yüksək səviyyədə istifadə qabiliyyəti;
Azərbaycan dilini mükəmməl bilməsi (İngilis dilini bilənlərə üstünlük veriləcək)
Əlavə olunmuş CV formasını dolduraraq şəxsi tərcümeyi-halınızla birlikdə 30 yanvar 2008-ci ilədək hr@amf.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Daxili testləşmədən və müsahibələrdən uğurla keşmiş namizədlərə bank və maliyyə sektoru üzrə rəqabətli kompensasiya və əlavə bonus sistemi əsasında əmək haqqı təklif olunacaq.
Hörmətli borcalan!
Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.