“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinə aşağıdakı xidmətlərin
satın alınması ilə bağlı xidmət təkliflərinin cəlb olunmasını.
Satınalma 2 (iki) lotdan ibarətdir:
Lot 1 - “İnformasiya Mübadiləsi Modulu”nda ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərinin təkmilləşdirilməsi və yeni ödəniş imkanlarının yaradılması;
Lot 2 - “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu (ABMUS) proqramında ödənişlərin icrası modulunun yaradılması və Cəmiyyətin vəsaiti hesabına verilən kreditlərin uçotu prosesinin təkmilləşdirilməsi.
Lotlar üzrə bölünməyə yol verilir.
Lotlar üzrə iştirak haqları aşağıdakı kimidir:
Lot 1 - 100 (yüz) AZN;
Lot 2 - 100 (yüz) AZN.
İddiaçı aşağıda sadalanan sənədləri təqdim etməlidir:
- Satınalmada iştirak etmək üçün ərizə (hər Lot üzrə ayrı ərizə yazılmalıdır);
- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- Satınalma təklifi;
- İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, bank rekvizitləri və s.);
- Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
- İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi).
İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.
Xidmətin icra müddəti 3 (üç) aydır.
İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin aşağıdakı hesabına köçürülməlidir:
VÖEN: 1403502281
Hesab №: AZ57NABZ01360450000000005944
Bank:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kodu: 501004
VÖEN: 9900071001
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T BIK: NABZAZ2C
İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən Xidmət təklifləri sorğusunu almaq mümkündür. Xidmət təklifləri Azərbaycan dilində tərtib edilməlidir.
Satınalma üzrə ilkin sənədlər 18.01.2017-ci il tarixinədək, təklif zərfləri isə 31.01.2017-ci il tarixinədək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Zərflər 01.02.2017-ci il tarixində saat 12.00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.
İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar.
Satınalmalar Komissiyası