10.12.2016

“Azərbaycan İpoteka Fondu”nun Müşahidə Şurasının növbəti iclası keçirilib

9 dekabr 2016-cı il tarixində “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda ipoteka kreditlərinin verilməsi prosesi, Cəmiyyətin 2016-cı ilin maliyyə nəticələrinin kənar audit şirkəti tərəfindən yoxlanılması və 2017-ci ilin büdcəsi kimi məsələlər müzakirə edilib.

Aparılmış müzakirələr nəticəsində müvafiq qərarlar qəbul edilib, o cümlədən ASC-nin cari ilin maliyyə nəticələrinin auditini aparacaq şirkət seçilib və 2017-ci il üçün büdcəsi təsdiq edilib.