01.12.2016

“Azərbaycan İpoteka Fondu”nun müvəkkil təşkilatlarının siyahısı genişləndirilib

Bir sıra bank və sığorta şirkətinin “Azərbaycan İpoteka Fondu” ASC-yə daxil olmuş müraciəti əsasında İdarə Heyətinin qərarı ilə müvəkkil bank və sığortaçıların siyahısı genişləndirilib.

Bununla da müvəkkil bankların sayı 19-a, sığortaçıların  sayı isə 15-ə yüksəlib.

Qeyd edək ki, siyahıya yeni qəbul olunmuş müvəkkil təşkilatlar əvvəllər də Cəmiyyətin müvəkkil təşkilatları siyahısına daxil olublar və ötən dövr ərzində onlarla faydalı qarşılıqlı əməkdaşlıq təcrübəsi formalaşıb.

Müvəkkil təşkilatların siyahısı ilə Fondun www.amf.az rəsmi internet səhifəsində tanış olmaq olar.