21.11.2016

"Azərbaycan İpoteka Fondu"nun ipoteka istiqrazlarının emissiyası dövlət qeydiyyatına alınıb

21 noyabr 2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin ipoteka istiqrazlarının baza emissiya prospekti qeydiyyata alınıb.


Emissiyanın əsas parametrləri aşağıdakılardır:

  1. Qiymətli kağızın növü - ipoteka istiqrazı, faizli;
  2. Qiymətli kağızın forması - sənədsiz, adlı;   
  3. Buraxılışın həcmi - 50 000 000 (əlli milyon) manat;
  4. İstiqrazların sayı - 50 000 (əlli min) ədəd;
  5. Bir istiqrazın nominal dəyəri - 1 000 (bir min) manat;
  6. Tədavül müddəti - Buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 3 600 (üç min altı yüz) təqvim günü;
  7. İstiqrazlar üzrə illik faiz dərəcəsi – 3 (üç) %.

Qeyd edək ki, bununla "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən ölkədə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlanılacaq.