"Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları tərəfindən www.e-ipoteka.az internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşların müraciətlərinin qəbuluna artıq başlanılıb.
İpoteka kreditlərinin verilməsi müvəkkil təşkilatların iştirakı ilə həyata keçirilir. Müvəkkil təşkilatlar “Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq seçilir. Bu Qaydalar əsasında artıq bir sıra müvəkkil təşkilatlarla müvafiq müqavilələr bağlanılıb (müvəkkil təşkilatların siyahısı ilə Cəmiyyətin internet səhifəsində tanış olmaq olar).
Bildiririk ki, müvəkkil təşkilatların siyahısına daxil olmaq istəyən banklar, sığortaçılar və qiymətləndiricilər tərəfindən müraciətlər daxil olmaqdadır və yeni müvəkkil təşkilatlar barədə Fond tərəfindən əlavə məlumatlar təqdim olunacaq.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.