17.11.2016

"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı satınalmanı elan edir

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmət təkliflərinin cəlb edilməsi.

Tenderdə iştirak haqqı 100 AZN-dir. İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

м/h: AZ74NABZ01451700000000001944, коd 501004, VÖEN (bankın) – 9900071001, S.W.I.F.T BİK NABZAZ2C, VÖEN (Cəmiyyətin) - 1403502281.

 

İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən Xidmət təklifləri sorğusunu almaq mümkündür. Xidmət təklifləri Azərbaycan dilində tərtib edilməlidir.

Tender üzrə ilkin sənədlər 01.12.2016-cı il tarixinədək, təklif zərfləri isə 12.12.2016-cı il tarixinədək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Zərflər 13.12.2016-cı il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.

İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 153) nömrəli telefona zəng etmək olar.

 

                   Satınalmalar komissiyası