13.10.2016

"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı SATINALMANI elan edir

"Azərbaycan İpoteka Fondu" ASC-nin 2016-cı il üçün maliyyə hesabatlarının auditi üzrə xidmət təkliflərinin cəlb edilməsi.

Satınalmada iştirak haqqı 150 AZN-dir. İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

м/h: AZ74NABZ01451700000000001944, коd 501004, VÖEN (bankın) – 9900071001, S.W.I.F.T BİK NABZAZ2C, VÖEN (Cəmiyyətin) - 1403502281.

Satınalma üzrə ilkin sənədlər 26 oktyabr 2016-cı il tarixinədək, təkliflər isə 07 noyabr 2016-cı il saat 18:00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Təklif zərfləri 08 noyabr 2016-cı il tarixində saat 15:00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.

Satınalmanın nəticəsi Nizamnaməyə uyğun olaraq Cəmiyyətin Müşahidə Şurası tərəfindən təsdiq edildikdən sonra satınalmanın qalibi elan ediləcəkdir.

Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 134) nömrəli telefona zəng etmək olar.