Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən ipoteka kreditləşməsinin bərpa edilməsi və davamlılığının təmin edilməsi məqsədilə 2009-cu ildə istiqraz buraxılışı yolu ilə bazardan maliyyə vəsaitlərinin cəlb edilməsinə başlanılıb və bugünədək bazardan 9 emissiya üzrə 390 mln. manat məbləğində vəsait cəlb edilib. İpoteka ilə təmin edilmiş istiqrazların emissiyası təkrar ipoteka bazarının inkişafında və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsində mühüm rol oynayıb.
İlk dəfə olaraq 29 may 2009-cu il tarixində Azərbaycan İpoteka Fondunun 55 000 000 (əlli beş milyon) manat məbləğində 7 il müddətinə AZ2001008682 nömrəli təmin edilmiş istiqrazları dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildiririk ki, Fondun aktiv və passivlərinin effektiv idarə edilməsi modeli, dayanıqlı likvidlik mövqeyi və kredit portfelinin yüksək keyfiyyəti sayəsində birinci emissiya üzrə öhdəliklər (55 mln. manat) hətta vaxtından əvvəl icra olunub.
Bununla da Fondun ilk emissiyası uğurla və vaxtından əvvəl başa çatdırılıb. Uzunmüddətli öhdəliklərin idarəolunması sahəsində əldə olunmuş təcrübə nəticəsində Fondun növbəti istiqrazları üzrə də öhdəliklərin vaxtında icrası təmin olunacaq.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.