23.05.2008

IFC Azərbaycan İpoteka Fonduna dəstək məqsədilə Frankfurt Maliyyə və İdarəçilik məktəbini seçib

2007 –ci illin dekabr ayında  Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) arasında imzalanmış texniki dəstək haqqında memorandum əsasında tədbirlərin icrasına iyul ayında başlanacaqdır.

AİF-ə texniki dəstək göstərəcək məsləhətçi Frankfurt Maliyyə və İdarəçilik məktəbi İFC tərəfindən müsabiqə yolu ilə müəyyənləşdirib. Hazırda İFC Frankfurt məktəbilə münasibətlərin rəsmiləşdirilməsi istiqamətində iş aparır.

Bu proses bir aya başa çatdıqdan sonra Frankfurt məktəbi bilavasitə AİF-ə texniki yardımın göstərilməsinə başlayacaq.

Texniki dəstək əsasən AİF-in fəaliyyətinin inkişafı üzrə biznes planının hazırlanması, korporativ idarəetmə standartlarının tətbiqi və alternativ maliyyə mənbələrinin cəlb edilməsi və qəbul edilməsi istiqamətlərində olacaq.