31.07.2015

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) Satınalmanın müddətinin uzadılmasını elan edir

AİF-in server və şəbəkə avadanlığına texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin alınması ilə bağlı Təkliflər sorğusunun müddəti uzadılmışdır.

Satınalma üzrə ilkin sənədlər 14 avqust 2015-ci il saat 18.00-dək, təklif zərflərinin  isə 28 avqust 2015-ci il saat 18.00-dək AİF-in Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 31 avqust 2015-ci il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.

Satınalma üzrə əlaqələndirici şəxs: Mətin Hacıyev, telefon: 441-24-23 (133).

Satınalmalar Komissiyası