08.07.2015

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMANI elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka  Fondunun 2015-ci il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı təkliflər sorğusu.

Satınalmada iştirak haqqı 150 AZN-dir. İştirak haqqının ödənilməsi üçün AİF-in bank rekvizitləri:

AİF VÖEN: 1400729041, Azərbaycan Respublikası Mərkəzi Bankı, AMB VÖEN: 9900071001,

M/h: AZ74NABZ01451700000000001944, Kodu:  501004, H/h: AZ57NABZ01360450000000005944,

S.W.I.F.T  BIK: NABZAZ2J

Satınalma üzrə ilkin sənədlər 27.07.2015-ci il tarixinədək, təklif zərfləri isə 07.08.2015-ci il tarixinədək qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 10.08.2015-ci il tarixində AİF-in Bakı şəh., Bül-bül pr. 40 ünvanında yerləşən inzibati binasında saat 15.00-da açılacaqdır.

Satınalmanın nəticəsi Azərbaycan İpoteka Fondunun Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq edildikdən sonra satınalmanın qalibi elan ediləcəkdir.

Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 151) nömrəli telefona zəng etmək olar.

Satınalmalar komissiyası