19.05.2015

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdindəAzərbaycan İpoteka Fondu (AİF) elan edir

AİF-in Veb səhifəsinə illik dəstək xidmətinin (texniki və tərcümə işləri) alınması üçün Təkliflər sorğusu.

Satınalma üzrə ilkin sənədlər 01 iyun 2015-ci il saat 18.00-dək, təklif zərfləri isə 08 iyun 2015-ci il saat 18.00-dək AİF-in Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 09 iyun 2015-ci il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.

Satınalma üzrə əlaqələndirici şəxs: Mətin Hacıyev, telefon: 441-24-23 (133).

Satınalmalar Komissiyası