Fondun inzibati binasının və inzibati binada yerləşən əmlakının sığortalanması ilə bağlı Təkliflər sorğusu başa çatmış və satınalmanın qalibi olaraq "Meqa Sığorta" ASC seçilmişdir. Sığorta şirkəti ilə Fond arasında 27 aprel 2015-ci il tarixli PİC1500008 saylı və 27 aprel 2015-ci il tarixli CPİ1500007 saylı satınalma müqavilələri bağlanmışdır.
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.