01.04.2015

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

01 aprel 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 50 mln. manat təşkil edən, AZ2009008684 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.


Hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.