AİF üçün dəftərxana, azqiymətli və təsərrüfat mallarının alınması ilə bağlı Təkliflər sorğusunun müddəti uzadılmışdır.
Satınalma üzrə ilkin sənədlər 17 mart 2015-ci il saat 18.00-dək, təklif zərflərinin isə 08 aprel 2015-ci il saat 18.00-dək AİF-in Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 09 aprel 2015-ci il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.
Satınalma üzrə əlaqələndirici şəxs: Fərid Əsgərov, telefon: 441-24-23 (111).
Satınalmalar Komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.