13.01.2015

Azərbaycan İpoteka Fondunun yeni təmin edilmiş istiqrazlarının ilk yerləşdirilməsi baş tutmuşdur

13 yanvar 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 50 mln. manat təşkil edən, AZ2009008684 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılmışdır və ilkin olaraq 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar nominal dəyərlə satışa çıxarılmışdır.


Hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.