22.12.2014

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu kotirovka sorğusuna dəvət edir

Azərbaycan İpoteka Fondunun əsas vəsaitlərinin illik inventarizasiya prosesinin avtomatlaşdırılması məqsədilə xüsusi proqram təminatının alınması, quraşdırılması və ilkin inventarizasiya nəticələrinin Fondun Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sisteminə miqrasiyası üzrə xidmətlərin alınması ilə bağlı kotirovka sorğusu.

Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təkliflər 09 yanvar 2014-cü il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Təklif zərfləri 12 yanvar 2014-cü il tarixdə saat 15.00-da Fondun qeyd olunan inzibati binasında açılacaqdır.

Məsələ ilə bağlı, əlavə məlumat almaq üçün iddiaçılar 441-24-23 (134) nömrəli telefona zəng edə bilərlər.

Satınalmalar komissiyası