06.11.2014

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) aşağıdakı SATINALMANI elan edir

Azərbaycan İpoteka Fondu əsas vəsaitlərinin illik inventarizasiya prossesinin avtomatlaşdırılması məqsədilə xüsusi proqram təminatının alınması, quraşdırılması və ilkin inventarizasiya nəticələrinin AİF-in Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sisteminə miqrasiyası üzrə xidmətlərinin alınması ilə bağlı Təkliflər sorğusunun müddətini uzatmışdır. Belə ki, ilkin sənədlər (təklif istisna olmaqla) 13 noyabr 2014-cü il tarixinədək, təklif zərfi 25 noyabr 2014-cü il saat 18.00-dək Fondun Bakı ş., Bül-bül pr. 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 26 noyabr 2014-cü il saat 15.00–da Fondun inzibati binasında açılacaqdır. Məsələ ilə bağlı Mahirə Əliyevaya 441-24-23 (daxili nömrə 134) müraciət etmək olar. >

Satınalmalar Komissiyası