22.08.2013

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı satınalmanın müddətinin uzadılmasını elan edir:

Azərbaycan İpoteka Fondu üçün mebel avadanlığının alınması ilə bağlı 02 avqust 2013-cü il tarixdə elan edilmiş təkliflər sorğusunun müddəti uzadılmışdır.
Satınalma üzrə ilkin sənədlər 19 sentyabr 2013-cü il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 03 oktyabr 2013-cü il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 04 oktyabr 2013-cü il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır.
Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Nicat Rzayevə (daxili nömrə 151) müraciət etmək olar.
                                                            

                   Satınalmalar komissiyası