Azərbaycan İpoteka Fondu Arxiv otağı üçün dolabların alınması ilə bağlı Təkliflər sorğusunun müddətini uzatmışdır. Belə ki, ilkin sənədlər (təklif istisna olmaqla) 15 sentyabr 2014-cü il tarixinədək, təklif zərfi 26 sentyabr 2014-cü il saat 18.00-dək Fondun Bakı ş., Bül-bül pr. 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 29 sentyabr 2014-cü il saat 15.00–da Fondun inzibati binasında açılacaqdır. Məsələ ilə bağlı Fərid Əsgərova 441-24-23 (daxili nömrə 111) müraciət etmək olar.
Satınalmalar komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.