Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun bir sıra informasiya sistemlərinə dəstək xidmətinin alınması ilə bağlı 03 may 2014-cü il tarixdə elan edilmiş Açıq tender başa çatmış və 1-ci lot üzrə ("GNİ Software" avtomatlaşdırılmış mühasibat proqramına illik texniki dəstək xidməti) satınalmanın qalibi olaraq “GNI Software” MMC ilə Fond arasında 30 iyun 2014-cü il tarixli GNİ/30/06/14 saylı satınalma müqaviləsi bağlanmışdır.
Tender komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.