Azərbaycan İpoteka Fondunun bir sıra informasiya sistemlərinə dəstək xidmətinin göstərilməsi üzrə xidmətlərin alınması ilə bağlı 03 may 2014-cü il tarixdə elan edilmiş Açıq tender başa çatmış və Açıq tenderin 3-cü lotu üzrə (İnformasiya Mübadiləsi modulu sisteminin 6 aylıq dəstəklənmə xidməti) satınalmanın qalibi olaraq Gaia Bilgi Sistemleri Sanayi ve Ticaret” LTD ŞTİ-nin Azərbaycan Filialı seçilmişdir. Filial ilə Azərbaycan İpoteka Fondu arasında 07 iyul 2014-cü il tarixli İMM/07/07/14 saylı satınalma müqaviləsi bağlanmışdır.
Tender komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.