Azərbaycan İpoteka Fondunun bir sıra informasiya sistemlərinə dəstək xidmətinin göstərilməsi üzrə xidmətlərin alınması ilə bağlı 03 may 2014-cü il tarixdə elan edilmiş Açıq tender başa çatmış və Açıq tenderin 2-ci lotu üzrə (Elektron İpoteka Sisteminə illik texniki dəstək xidməti) satınalmanın qalibi olaraq “GT Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmişdir. Cəmiyyət ilə Azərbaycan İpoteka Fondu arasında 30 iyun 2014-cü il tarixli EIS/30/06/14 saylı satınalma müqaviləsi bağlanmışdır.
Tender komissiyası
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.